Bakı məktəblərində böyük summativ qiymətləndirmə yekunlaşıb

Bakı məktəblərində böyük summativ qiymətləndirmə yekunlaşıb
# 13 iyun 2018 08:08 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin II yarımili üzrə böyük summativ qiymətləndirmə yekunlaşıb.

BŞTİ-dən APA-ya verilən məlumata görə, qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.

Böyük summativ qiymətləndirmə müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılıb.

Qiymətləndirmənin nəticələri şagirdin illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR