ETSN: Yardımlıda baş verən yanğın lokallaşdırılır

ETSN: Yardımlıda baş verən yanğın lokallaşdırılır
# 05 iyul 2018 11:15 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Yardımlıda baş verən yanğın barədə məlumat yayıb.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, iyulun 5-də gecə saat 03.00 radələrində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Yanğın 1 hektar ərazini əhatə edir. Ərazidəki quru ot örtüyü və xırda kollar yanıb.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür, yanğın lokallaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR