Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 02 dekabr 2016 08:31 (UTC +04:00)

Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 1-də saat 16 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bərdə rayon sakini Ramil Qasımov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Təzəgül Əliyevı vurub.

Xəstəxanaya yerləşdirilmiş T. Əliyeva orada ölüb.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR