"Nida" üzvünə cəza istənilib

"Nida" üzvünə cəza istənilib
# 02 dekabr 2016 09:05 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror B. Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını xahiş edib.

Məhkəmə dekabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, B. İbrahimov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR