Bu il ADA Universitetində 40 ölkədən xarici tələbə təhsil alacaq - FOTO

Bu il ADA Universitetində 40 ölkədən xarici tələbə təhsil alacaq - <span style="color: red;">FOTO
# 27 avqust 2015 13:40 (UTC +04:00)

Bakı-APA. ADA Universitetində bu tədris ilində bakalavr və magistr pillələrində 40 ölkədən 103 tələbə təhsil alacaq.

Universitetdən APA-ya verilən məlumata görə, bunların arasından 52 xarici tələbə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşən Əlimərdan bəy Topçubaşov Təqaüdünü qazanıb. Səkkiz nəfər isə, ADA Universitetinin beynəlxalq tərəfdaşları olan universitetlərdən, o cümlədən Böyük Britaniyanın Glasgow Universiteti, Fransanın İESEG Menecment Məktəbi, Cənubi Koreyanın Hankuk Universiteti, ABŞ-ın Miçiqan Universiteti və Türkiyənin Giresun Universitetindən mübadilə tələbələridir.

Qeyd olunub ki, “Qlobal liderlik” fəlsəfə sütünlarından biri olan ADA Universitetində tədris prosesinin beynəlmiləl olmasına böyük əhəmiyyət verilir. Belə ki, Universitetin tək tələbə deyil, professor-müəllim heyətinin də bir qismi xarici mütəxəssislərdən ibarətdir. Universitetin Hökumət, Beynəlxalq Münasibətlər və Tələbə Məsələləri üzrə prorektroru Fariz İsmayılzadənin sözlərinə görə, məqsəd innovativ təhsil verməklə yanaşı, tək bölgədə deyil, bütün dünyada müsbət dəyişikliklərin aparıcı qüvvəsinə çevriləcək məzunlar hazırlamaqdır: “ADA Universitetinin beynəlxalq tələbələrinin coğrafiyası bu il bir qədər də genişlənərək Əlcəzair, Kolumbiya, Misir, İtaliya, Hindistan, İraq, Almaniya kimi ölkələri daxil etmişdir. Bu da, ADA Universitetinin və Azərbaycanda verilən təhsilin tək bölgədə deyil, bütün dünyada tanınmağa başladığından xəbər verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR