Azərbaycan kubokunda qalib gələn “Keşlə” “Qarabağ”a rəqib olub

Azərbaycan kubokunda qalib gələn “Keşlə” “Qarabağ”a rəqib olub
# 03 dekabr 2019 16:54 (UTC +04:00)

Azərbaycan kubokunda 2019/20 mövsümünə start verilib.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin ilk günündə bir qarşılaşma baş tutub.

Premyer Liqada mükafatlar uğrunda mübarizə aparan “Keşlə” öz meydanında “Kəpəz”lə qarşılaşıb. Paytaxt klubu gözlənilmədən rəqibin müqaviməti ilə üzləşib.

Hesabı açan bakılılar fasiləyə qədər qapılarında qol görüblər. Lakin Tərlan Əhmədovun yetirmələri ikinci hissədə daha iki qol vuraraq I divizion təmsilçisi ilə görüşün əlavə vaxta uzanmasına imkan verməyib.

Bununla da “Keşlə” 1/4 finala yüksəlib. Bakılılar bu mərhələdə ilk raunddan azad olan “Qarabağ”la görüşəcək. İki oyundan ibarət olan mərhələnin matçları dekabrın 15-16 və 19-20-də keçiriləcək. Maraqlıdır ki, iki komanda bundan öncə - dekabrın 6-da Premyer Liqada ilin son turunda da görüşəcək.

Qeyd edək ki, 1/8 finalın digər matçları sabah keçiriləcək.

Azərbaycan kuboku
1/8 final
3 dekabr (çərşənbə axşamı)
“Keşlə” – “Kəpəz” - 3:1
Qollar:
Əmircanov, 25, Mahmudov, 56, 87 - Məmmədov, 45+3

“Keşlə”: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev (k), 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 25. Con Kamara, 9. Lorenzo Frutos, 91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov

“Kəpəz”: 1. Əli Kərimov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 6. Nodar Məmmədov, 7. Elvin Nəsibov, 17. Tural Əliyev, 21. Elcan Rəhimov, 20. Kənan Allahverdiyev, 11. Elgün Orucov, 27. Ülvi Əliyev, 25. Ümid Səmədov
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 5. Novruz Məmmədov, 19. Eltac Mirzəyev, 8. Fərid Bayramov, 3. İsmayıl Məmmədov
Baş məşqçi: Yaşar Vahabzadə
“ASCO Arena”, 15:00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR