SWIFT İranının iri banklarından birinə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb

SWIFT İranının iri banklarından birinə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb
# 13 iyul 2015 09:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SWIFT beynəlxalq banklararası tranzaksiya sistemi (Society for Worldwide Interbank Financial Telecommunications) İranın iri özəl banklarından biri olan "Iran’s Day Bank"a tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.

APA-Economics”in xəbərinə görə, bu barədə İranın “Iran News” nəşri məlumat verib.

Məlumata əsasən, bu gündən etibarən bank SWIFT-dən istifadə edərək əməliyyatlar apara biləcək.

Xatırladaq ki, Avropa İttifaqı tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalar nəticəsində 2012-ci ilin əvvəlindən etibarən SWIFT İran bankları ilə əməkdaşlığa son qoyub. Bunun nəticəsində İranda 30 kredit təşkilatı dünya bank sistemindən təcrid olunub.

"Iran’s Day Bank" ölkədə dünya bank bazarına qayıdan ilk bank olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR