Şirvan sakinindən heroin götürülüb

Şirvan sakinindən heroin götürülüb
# 22 fevral 2018 14:05 (UTC +04:00)

Şirvan sakinindən satış məqsədilə əldə edilən narkotik vasitə olan heroin götürülüb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində fevralın 21-də növbəti əməliyyat tədbiri həyata keçirilib.


Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş və yenicə azadlığa çıxan Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Elvin Cavanşir oğlu Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan, ümumi çəkisi 30,176 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR