Nazir: "Hər il 5-10 min ailə özünəməşğulluq proqramı ilə əhatə olunsa, işsizlik aradan qalxacaq"

Nazir: "Hər il 5-10 min ailə özünəməşğulluq proqramı ilə əhatə olunsa, işsizlik aradan qalxacaq"
# 14 iyul 2017 09:04 (UTC +04:00)

"Qanunvericilikdə edilən müvafiq dəyişiklik nəticəsində gələn ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti hesabına minlərlə ailəni özünəməşğulluq proqramı ilə əhatə etmək mümkün olacaq".

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır: "Əgər nazirliyin bunun üçün vəsaiti çatmazsa, həmin müraciət etsinlər və mən əlavə vəsait ayıraram. Əgər bu proqram hər il 5-10 min ailəni əhatə etsə, hazırda 5-6% faiz səviyyəsində olan işsizlik aradan götürüləcək və ünvanlı sosial yardıma ehtiyac qalmayacaq".

Nazirin sözlərinə görə, hazırkı özünəməşğulluq proqramında iştirak hüquq qazananlar sırasında 51 nəfər əlilliyi olan şəxs var.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR