Məhkəmə dostuna qarşı dələduzluq edən şəxsin şikayətini təmin etməyib

Məhkəmə dostuna qarşı dələduzluq edən şəxsin şikayətini təmin etməyib
# 04 sentyabr 2017 13:45 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Cahangirovun barəsindəki hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə. Cahangirov kredit adı ilə dostundan 20 min manat alıb, lakin qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və Ə. Cahangirov məhkəmə zalından azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR