2018-ci ilin II rübündə “Bank VTB (Azərbaycan)”ın aktivləri 125,207 mln. manat təşkil edib ki, bu da ötən il ilə müqayisədə 3,23 dəfə azdır.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, iyulun 1-nə bankın kredit portfeli 269,036 mln. manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,75% azalma deməkdir.
Hesabat dövründə depozit portfeli 44,94% artaraq 52,479 mln. manat təşkil edib.
Bankın nizamnamə kapitalı 6,2 dəfə artıraraq 315 mln. 815 min manat olduğu halda, məcmu kapital 5,01% artaraq 53,476 mln. manat təşkil edib.
Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” II rübü 250,371 mln. manat zərərlə başa vurub.