Abşeronda fermada baş verən partlayışda yaralanan çoban ölüb

Abşeronda fermada baş verən partlayışda yaralanan çoban ölüb
# 18 fevral 2017 07:14 (UTC +04:00)

Abşeronda bir həftə əvvəl yaşayış evində baş verən partlayışda yaralanan şəxs xəstəxanada ölüb.

APA-nın məlumatına görə, fevralın 10-da rayonun Mehdiabad qəsəbəsində yerləşən fermadakı evdə baş verən partlayışda yaralanan 1973-cü il təvəllüdlü İlham İslam oğlu Kərimov aldığı xəsarətdən ötən gün xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR