Elman Məmmədov: “Xocalı şəhidlərinin məzarlarına diqqətsizlik var”

Elman Məmmədov: “Xocalı şəhidlərinin məzarlarına diqqətsizlik var”
# 14 oktyabr 2016 11:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Millət vəkili Elman Məmmədov rayonlarda Xocalı şəhidlərinin məzarlarına diqqətsizlik olduğunu açıqlayıb.

APA-nın məlumatına görə, bu gün Milli Məclisin plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliklə əlaqədar çıxış edən millət vəkili Elman Məmmədov deyib ki, Xocalı soyqırımı qurbanlarının məzarlarının əksəriyyəti Ağdamda olub, sonra həmin ərazilər də işğal edilib: ‘Yəni şəhidlərimizin məzarları da indi işğal altındadır. Xocalı şəhidlərindən yalnız 12-nin məzarı Bakıda, 50-si isə rayonlardadır. Rayonlarda 50 məzarın üzəri 1992-ci ildə primitiv qaydada götürülüb, bu gün diqqətdən kənarda qalıb”.

E. Məmmədov vurğulayıb ki, soyqırımına məruz qalmış insanlara müəyyən imtiyazların verilməsi gündəmə gətirilməlidir: “Biz istəyirik ki, dünya Xocalı soyqırımını tanısın. Biz niyə indiyə qədər Xocalı şəhərini soyqırımına məruz qalmış şəhər kimi qəbul edib, Xocalı sakinlərə müvafiq status vermirik? Söhbət maddi təminatdan yox, mənəvi məsələlərdən gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR