® NIKOIL | Bank-dan ipoteka - öz evinizə xoş gəldiniz!

<font color=red>® </font> NIKOIL | Bank-dan ipoteka - öz evinizə xoş gəldiniz!
# 06 iyul 2017 08:49 (UTC +04:00)

Azərbaycan İpoteka Fondu tərəfindən NIKOIL | Bank üçün 13 mln AZN məbləğində növbəti böyük limit ayırdı. NIKOIL | Bank Azərbaycan İpoteka Fondu ilə 2006-cı ildən etibarən sıx əməkdaşlıq edir və ipoteka kreditlərinin verilməsini aktiv şəkildə davam etdirir. Cari ilin əvvəlindən 4 726 900 AZN məbləğində ipoteka kreditləri verilmişdir, hal-hazırda 1 873 750 AZN məbləğində sifarişlər baxılmaqdadır. İstifadə olunmamış limitin həcmi 6 399 350 AZN təşkil edir. Dövlət ipoteka kreditləşməsinin şərtlərinə uyğun olaraq, kreditlər 30 və 25 il müddətinədək, güzəştli faiz dərəcəsi - 4%, standart faiz dərəcəsi - 8% olaraq 100 min AZN-dək verilir. İlkin ödənişin məbləği daşınmaz əmlakın ümumi dəyərinin 15% -ni təşkil edir. Bu günədək NIKOIL | Bank tərəfindən 43 mln. AZN artıq 1134 kredit verilmişdir.

Həmçinin xatırlatmaq isətyirik ki, artıq alıtncı ildir ki, ipoteka kreditlərin verilməsində ixtisaslanan Bankın ayrı filialı fəaliyyət göstərir. Bakı ş., Salatın Əsgərova küç.161 ünvanında yerləşən uğurla fəaliyyət göstərən 8 saylı filialın əlaqə nömrələri: +99412 981, daxili 2808, 2809. Arzu edənlər filiala birbaşa müraciət edə, eyni zamanda bütün lazımi məlumatı Bankın saytından əldə edə bilərlər (http://www.nikoil.az/az/credits/c7/).

Azərbaycan Dövlət İpoteka Fondu ilə əməkdaşlığı sayəsində, NIKOIL | Bank, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR