Şəmkirdə ruhi xəstə intihar edib

Şəmkirdə ruhi xəstə intihar edib
# 10 yanvar 2017 07:13 (UTC +04:00)

Şəmkir rayonunda intihar hadisəsi qeydə alınıb. APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Morul kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Musayeva Maisə Haqverdi qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Yaxınlarının bildirdiyinə görə, qadın ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş. O, Qazax rayonlararası Ruhi Əsəb Xəstəxanasında qeydiyyatda olub və orada müalicə alıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR