Bakıda maşın oğurlayan şəxslər Qubada tutulub

Bakıda maşın oğurlayan şəxslər Qubada tutulub
# 08 sentyabr 2017 16:01 (UTC +04:00)

Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakının Yasamal rayonu ərazisində maşın oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu gün Yasamal rayonu ərazisində 10 ND 770 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobili oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunan Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Hüseynov Sərxan İlqar oğlu və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Musayev Anar Rəjdin oğlu Quba rayonu ərazisində tutulub.

Hər iki şəxs Yasamal rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR