Azərbaycanın xarici ticarət əməliyyatlarında 1,9 mlrd. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın xarici ticarət əməliyyatlarında 1,9 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 12 sentyabr 2017 14:52 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 12 mlrd. 523 mln. 794,46 min ABŞ dolları təşkil edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 9,24% azdır.

Bu ilin səkkiz ayında idxal əməliyyatları 5 mlrd. 300 mln. 784,29 min dollar olub ki, bu da 2016-cı ilin 8 ayı ilə müqayisədə 4,22 azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 7 mlrd. 223 mln. 10,07 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% azdır.

Nəticədə 1 mlrd. 922 mln. 225,68 min dollar məbləğində müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR