Heydər Əsədov: “Kənd təsərrüfatı məhsullarının bahalaşmasını tamamilə ixracla əlaqələndirmək düzgün deyil”

Heydər Əsədov: “Kənd təsərrüfatı məhsullarının bahalaşmasını tamamilə ixracla əlaqələndirmək düzgün deyil”
# 23 oktyabr 2014 11:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşmasını tamamilə ixracla əlaqələndirmək düzgün deyil. Bəzi məhsulların ixracında artım var, bəzilərinin istehsalı isə keçən ilkindən çox olduğundan qiyməti bu il aşağı düşüb. Bir sözlə, tendensiya müxtəlif məhsullar üzrə müxtəlifdir”.

APA-Economics”in xəbərinə görə, bu haqda kənd təsərrüfatı naziri Heydər Əsədov danışıb.

“Əvvəllər fermerlər məhsullarını ucuz qiymətə satılmasından şikayət edirdi. Amma bununla bağlı hökumət tədbir gördü. Kəndli əmtəəsini normal qiymətə satmalıdır ki, müəyyən qədər gəlir əldə edib, özünə investisiya yatırsın və gəliri o həddə olmalıdır ki, getdikcə dövlətin dəstəyinə ehtiyac duymasın. Bu normal haldır. Biz tamamilə istehlakçının maraqlarını düşünsək, kənd təsərrüfatı məhsullarının qiymətlərini aşağı salsaq, bu bizim hədəflərimizi və məqsədlərinizin məhvinə gətirib çıxaracaq. Bundan başqa, məhsulun qiymətinin ucuzluğu onun qeyri-qənaətcil istifadə edilərək dağıntısına səbəb olmamalıdır”, - deyə H. Əsədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR