Azərbaycanda 3-cü Rəqəmsal Marketinq Konfransı keçiriləcək

Azərbaycanda 3-cü Rəqəmsal Marketinq Konfransı keçiriləcək
# 11 oktyabr 2017 12:19 (UTC +04:00)

Bu ilin noyabrın 11-də Azərbaycanda sayca 3-cü olan Rəqəmsal Marketinq Konfransı keçiriləcək. Rəqəmsal Marketinq Konfransı facemark.az onlayn marketinq portalının təşkilatçılığı ilə illik olaraq keçirilir.

Konfransda 20-dək yerli və xarici mütəxəssislər yeni trendlərə uyğun öz təcrübələrini paylaşacaq. Tədbirdə 250-dək şirkətdən 500-dən çox menecerin iştirakı planlaşdırılır.

Tədbirdə rəqəmsal marketinqlə maraqlanan hər kəs iştirak edə bilər. Yerli və xarici praktikanı bir bütöv gün olmaqla müzakirə etmək və onu öz işinə uğurla tətbiq etmək istəyənlər üçün əvəzedilməz platformadır.

Qeyd edək ki, konfransda iştirak biletlədir. Biletləri iticket.az vasitəsilə onlayn da əldə etmək mümkündür. Eyni zamanda dmcbaku.az saytından qeydiyyatdan keçməklə və həmçinin www.facebook.com/dmcbaku.az/rəsmi facebook səhifəsinə yazmaqla da əldə etmək olar. Biletin qiyməti 30 manatdır, Bakı şəhəri daxilində biletin çatdırılması pulsuzdur.

Xatırladaq ki, Rəqəmsal Marketinq Konfransı facemark.az onlayn marketinq portalının təşkilatçılığı ilə illik olaraq keçirilir. Konfransda ölkəmizin rəqəmsal marketinq sahəsində öz sözünü demiş yerli və xarici mütəxəssislər təcrübələrini paylaşır. Bu il isə DMC2017 11 noyabrda Pullman otelində keçiriləcək. Konfrans haqqında bütün məlumatları dmcbaku.az saytından və www.facebook.com/dmcbaku.az/ rəsmi facebook səhifəsindən əldə edə bilərsiniz.

11 noyabrda keçiriləcək Rəqəmsal Markentinq Konfransı 2017-nin təqdimat video çarxı:

https://www.youtube.com/watch?v=w2oUL_br3ro

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR