Bank Of Baku

Kriptobirjada son durum: "Bitcoin" bahalaşıb

Kriptobirjada son durum: "Bitcoin" bahalaşıb
# 10 oktyabr 2026 09:55 (UTC +04:00)

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. Bəzi aktivlər ucuzlaşsa da, bazarın aparıcı kriptovalyutalarının bir qismi bahalaşıb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatlarına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,19% artaraq 82 646,65 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyuta son 7 gündə 2,34% ucuzlaşıb.

“Ethereum”un qiyməti 0,07% azalaraq 2 493,67 dollara enib. “BNB” 0,70% bahalaşaraq 748,19 dollar, “XRP” isə 0,70% artaraq 1,40 dollar təşkil edib.

Stabil kriptovalyutalardan “Tether”in (USDT) qiyməti 0,01% artaraq 0,9991 dollar, “USDC”nin qiyməti isə 0,01% yüksələrək 0,9999 dollar olub.

Digər aktivlər arasında “Solana”nın qiyməti 0,51% azalaraq 109,99 dollara, “TRON”un qiyməti isə 0,43% ucuzlaşaraq 0,3306 dollara düşüb. “Hyperliquid” 1,63% ucuzlaşaraq 84,29 dollar təşkil edib.

Bununla yanaşı, “Zcash”in qiyməti 0,35% artaraq 1 225,45 dollara, “Dogecoin”in qiyməti isə 1,21% yüksələrək 0,08639 dollara çatıb.

“CoinMarketCap 20” indeksi son 24 saatda 0,45% artaraq 169,17 dollar təşkil edib.

Bununla belə, həftəlik göstəricilər bazarda eniş meylinin üstünlük təşkil etdiyini göstərir. Son 7 gündə “Ethereum” 6,87%, “Solana” 8,04%, “Zcash” 7,31%, “Dogecoin” isə 7,26% ucuzlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR