Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
# 13 aprel 2015 10:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvləri Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Namiq Məmmədov və Ruslan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə şahid qismində təqsirləndirilən Namiq Məmmədovun qohumu Elmir Vəliyev ifadə verib. O bildirib ki, Namiq Məmmədovun hansısa dini ləqəbinin olduğundan xəbərsizdir: “Onun Suriyaya getməsindən də sonradan xəbərim olub”.

Daha sonra prosesdə hal şahidləri Kamil Cəmilov və Namizəd Səfərəliyev ifadə verib. Onlar Ruslan Mustafayevin evinə baxış zamanı patronların çıxdığını təsdiq ediblər.

Proses aprelin 20-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzi keçirilən əməliyyat tədbiri barəsində məlumat yayıb. Həmin məlumata görə, (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı tutulub.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslərin cinayət işi qrup şəklində bir neçə yerə ayrılaraq icraatlara verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR