Azərbaycan boksçusu Rio Olimpiadasına vəsiqə qazanıb

Azərbaycan boksçusu Rio Olimpiadasına vəsiqə qazanıb
# 15 aprel 2016 14:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığması Rioya növbəti lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizə bu vəsiqəni millimizin boksçusu Yana Alekseyevna qazandırıb.

O, Türkiyənin Samsun şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə, Braziliyaya bileti sifariş edib.

60 kq çəki dərəcəsində çıxış edən Alekseyevna yarımfinalda Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teylora (İrlandiya) 3:0 hesabı ilə qalib gəlib. Yana bu qələbə ilə Bakıda Avropa Oyunlarının yarımfinalındakı məğlubiyyətinin revanşını da alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR