Zakir Qaralov Ucarda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Ucarda vətəndaşları qəbul edəcək
# 08 aprel 2016 15:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov aprelin 15-də saat 11:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Ucar, Yevlax, Ağdaş, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ucar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR