Kann Film Festivalında Azərbaycan kinosu pavilyonu təşkil olunub

Kann Film Festivalında Azərbaycan kinosu pavilyonu təşkil olunub
# 12 may 2016 08:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 69-cu Kann Beynəlxalq Film Festivalında Azərbaycan kinosu pavilyonu təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2011-ci ildən başlayaraq altıncı ildir ki, festivalda nazirliyin dəstəyi ilə Azərbaycan kinosu pavilyonu təşkil olunur.

Bu il dünyanın ən nüfuzlu kino tədbirində Azərbaycan kinosunu “Azərbaycanfilm” kinostudiyasının nümayəndələri, rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edirlər. “Azərbaycanfilm” kinostudiyası Kann kino bazarına “Qırmızı bağ”, “İçərişəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri”, “Keçmişdən məktublar”, “Həddən artıq uyğunluq” və “Xeyirlə Şərin rəqsi” bədii filmlərini təqdim edib, filmlər dünyanın yüzə qədər ölkəsindən gəlmiş distribyutor şirkətlərinin diqqətinə çatdırılıb. Eyni zamanda, istehsalın müxtəlif mərhələlərində olan “Üç gün və bir ömür”, “Nar bağı”, “Köşk” bədii filmləri kino bazarın xüsusi bölməsinin iştirakçılarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR