Bakıda DTİHB-nin ATƏT-in fəaliyyətdə olan sədrliyi ilə birgə tədbiri keçiriləcək

Bakıda DTİHB-nin ATƏT-in fəaliyyətdə olan sədrliyi ilə birgə tədbiri keçiriləcək
# 15 aprel 2016 13:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Biz Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da daxil olmaqla, ATƏT institutları ilə dialoq, qarşılıqlı hörmət və ümumi maraqlar əsasında əməkdaşlığı davam etdirməyə hazırıq”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin qurumun Daimi Şurasının 1096 saylı iclasına ünvanlanan müraciətində deyilir.

“DTİHB ATƏT-in əsas orqanlarından biri olaraq öhdəliklərin həyata keçirilməsi ilə bağlı məsuliyyət daşıyır və mandatından irəli gələrək qərəzsizlik və peşəkarlıq prinsiplərinə hörmət etməlidir. Biz DTİHB-nin Azərbaycan Respublikası hökuməti ilə əsasən tolerantlıq və ayrı-seçkiliklə bağlı konstruktiv əməkdaşlıq istəklərini alqışlayırıq. Azərbaycan bu ilin sentyabrında DTİHB-nin fəaliyyətdə olan sədrliklə birgə keçirməyi planlaşdırdığı tolerantlıq və dinlərlərarası dialoqla bağlı birgə tədbirinə ev sahibliyi etməyə hazırlaşır və bu mənada DTİHB-ni dəstəkləməyə hazırdır”, - deyə bəyanatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR