Misir hökuməti: Qəzaya uğrayan təyyarə ilə bağlı axtarış tədbirləri başa çatıb

Misir hökuməti: Qəzaya uğrayan təyyarə ilə bağlı axtarış tədbirləri başa çatıb
# 03 noyabr 2015 22:14 (UTC +04:00)

Bakı-APA. Rusiyanın "Koqalımavia" şirkətinə məxsus təyyarənin qəzaya uğradığı ərazidə axtarış tədbirləri başa çatıb.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi məlumata görə, bunu Misir hökumətinin rəsmi nümayəndəsi Hüsam əl-Kaviş bəyan edib.

“Sinay yarımadasında həyata keçirilən əməliyyat başa çatıb. Hazırda ümidlərimiz “qara qutular”dakı məlumatlara, cihazların göstəriciləri, dispetçerlər və ekipaj üzvlərinin danışıqlarınadır”, deyə Misir hökumətinin nümayəndəsi bildirib.

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb. Ölənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır. Təyyarədə həmçinin 4 Ukrayna və 1 Belarus vətəndaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR