İŞİD Brüsseldə törədilən partlayışların məsuliyyətinin üzərinə götürüb - YENİLƏNİB

İŞİD Brüsseldə törədilən partlayışların məsuliyyətinin üzərinə götürüb - <span style="color: red;">YENİLƏNİB
# 22 mart 2016 15:05 (UTC +04:00)

Bakı-APA. Belçika paytaxtı Brüsseldə törədilən partlayışların məsuliyyəti İŞİD terror təşkilatının üzərinə götürdüyü bildirilir.

APA-nın xarici KİV-ə istinadən yaydığın xəbərə görə, bu barədə terror təşkilatına yaxın Amaq Xəbər Agentliyi məlumat yayıb. Bu faktla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Belçikada rəsmi qurumlar yerli mətbuatın hadisə ilə bağlı məlumat yaymasına məhdudiyyət qoyub.

***

16.41

Bakı-APA. Belçika paytaxtı Brüsseldə törədilən partlayışlar nəticəsində ölənləri sayı 34 nəfərə çatıb.

APA paytaxt Prokurorluğunun yaydığı məlumata əsasən xəbər verir ki, Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər ölüb. Hadisə yerindən “Kalaşnikov” markalı silah tapılıb.

***

15.26

Bakı-APA. Belçikanın paytaxtı Brüsseldə törədilən partlayışlarla bağlı rəsmi açıqlama verilib.

APA-nın xarici KİV-ə istinadən məlumatına görə, Zaventem hava limanında ard-arda törədilən iki partlayışda 11 nəfər, metroda törədilən partlayışda isə 15 nəfər olmaqla, ümumilikdə 26 nəfər ölüb, 35 nəfərdən çox şəxs yaralanıb.

Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, hava limanındakı partlayışlardan birini terrorçu-kamikadze törədib.

Baş nazir Şarl Mişel isə bu günün Belçika tarixinə qara hərflərlə yazılacağını bildirib. O, vətəndaşlarını soyuqqanlı olmağa və həmrəyliyə çağırıb.

Qeyd edək ki, ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror aktını törətməkdə təqsirləndirilən İŞİD terror təşkilatının üzvü Salah Abdesalam bu il martın 18-də Belçikada yaxalanıb. Həmin vaxt İŞİD-in Belçikada silsilə terror aktları təşkil edəcəyi bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR