Adam oğurluğunda təqsirləndirilən şəxslərə hökm oxunub

Adam oğurluğunda təqsirləndirilən şəxslərə hökm oxunub
# 23 avqust 2016 14:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Elman Əhmədov, Fuad Şükürov, Elnur Şükürov və Adil Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Elnur Şükürov 11 il, Elman Əhmədov 11 il, Fuad Şükürov 12 il, Adil Lətifov isə 10 il 6 ay azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə Biləcəri qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra zorla "Nissan" markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar. Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyib ondan 20 min manat pul tələb ediblər.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini E. Əhmədov, Salyan şəhər sakinləri F. Şükürov və E. Şükürov, həmçinin paytaxt sakini A. Lətifov tutulub.
Həmin şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) maddələri ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR