Külli miqdarda xarici valyutanın Azərbaycandan çıxarılmasının qarşısı alınıb

Külli miqdarda xarici valyutanın Azərbaycandan çıxarılmasının qarşısı alınıb
# 18 iyul 2016 09:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycandan İrana yüksüz gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin kabinindən, sürücü oturacağının üst istiqamətində kabinin tavanına bitişik olan, zavod konstruksiyasında əşyaların saxlancı üçün nəzərdə tutulmuş qutunun içərisindən gömrük nəzarətinə bəyan olunmayan 20 500 dollar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR