Zaqatalada keçmiş məhkumdan küllü miqdarda narkotik götürülüb

Zaqatalada keçmiş məhkumdan küllü miqdarda narkotik götürülüb
# 28 may 2016 08:09 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada keçmiş məhkumun yaşadığı evdən küllü miqdarda narkotik götürülüb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Sabir Abdurahman oğlu Əliyev Zaqatala şəhər ərazisində şübhəli şəxs qismində saxlanılıb. Sabir Əliyevin üzərinə baxış zamanı ondan 14,2 qram narkotik vasitə hesab olunan qrudulmuş marixuana götürülüb.

Sabir Əliyevin ətrafında aparılan axtarış nəticəsində onun yaşadığı evə də baxış keçirilib. Evdən 602,1 qram marixuana aşkarlanıb.

Məlumatda bildirilir ki, Sabir Əliyev əvvəllər CM-nin 126.1 ( Qəsdən sağlamlığı ağır zərər vurma ) maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR