İlyas Umaxanov: "Referendumda müsbət ab-havanı bütün müşahidəçilər hiss etdi"

İlyas Umaxanov: "Referendumda müsbət ab-havanı bütün müşahidəçilər hiss etdi"
# 26 sentyabr 2016 14:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Azərbaycanda referendum çox yüksək səviyyədə təşkil olunub".

APA-nın məlumatına görə, bu sözləri MDB Parlamentlərarası Assambleyanın Azərbaycanda keçirilən referendumla bağlı missiyasının rəhbəri İlyas Umaxanov deyib.

O, yüksək seçici fəallığı müşahidə etdiklərini bildirib: “Azərbaycanda ilk dəfə deyil ki, seçkiləri müşahidə edirəm. Prezident seçkilərini, daha sonra parlament seçkilərini izləmişəm. İnsanlar çox müsbət əhval-ruhiyyədə idilər. Əminəm ki, bütün ölkə ərazisində səs verən, öz fikrini ifadə edən insanlar bu hissləri keçirir. Onlar Azərbaycanın müsbət, qətiyyətli və stabil gələcəyinə kökləniblər. Nəticələri əvvəldən deyə bilmərik. Lakin müsbət ab-havanı tək biz deyil, bütün müşahidəçilər hiss edib. Bu gün Azərbaycan növbəti dəfə açıqlıq nümayiş etdirdi. 33 ölkə nümayəndələri səsverməni müşahidə edirlər. Biz digər müşahidəçilərlə fikir mübadiləsi apardıq və bu, konsensus fikirdir ki, insanlar seçkilərə müsbət əhval-ruhiyyə ilə qatılıblar, referendumda irəli sürülən sualların vacibliyini anlayırlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR