"Finans Lizinq" iki valyutada istiqraz buraxıb

"Finans Lizinq" iki valyutada istiqraz buraxıb
# 01 sentyabr 2016 10:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatasının Lisenziyalaşdırma və sertifikatlaşdırma idarəsi "Finans Lizinq" ASC-nin korporativ istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.


Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, "Finans Lizinq"in qapalı təklif üsulu ilə yerləşdiriləcək istiqrazlarının hər birinin nominal dəyəri 500 dollar, sayı 200 ədəd, emissiyanın ümumi həcmi isə 100 min dollar təşkil edir.

Bundan başqa, "Finans Lizinq"in nominal dəyəri manatla olan korporativ istiqrazları da dövlət qeydiyyatına alınıb. Belə ki, qapalı təklif üsulu ilə yerləşdiriləcək istiqrazlarının hər birinin nominal dəyəri 500 manat, sayı 200 ədəd, emissiyanın ümumi həcmi isə 100 min manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR