İbrahim Sehiç: “Qarabağ”dan ayrıla bilərəm”

İbrahim Sehiç: “Qarabağ”dan ayrıla bilərəm”
# 15 aprel 2016 10:10 (UTC +04:00)

Bakı – APA. “Komandamız yaxşı çıxış edir, artıq çempionluq tituluna çox yaxınıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın qapıçısı İbrahim Şehiçə məxsusdu.

Ölkəsində “Faktor” qəzetinə müsahibə verən qolkiper Bosniya və Herseqovina millisi və çempionatı ilə yanaşı, “Qarabağ”ın Topaz Premyer Liqasındakı çıxışına da toxunub.

“Mövsümün ilk yarısında Avropa Liqasında çıxış etdiyimiz üçün bir az çətinliyimiz var idi. Lakin indi bütün fikrimizi daxili yarışlara yönəltmişik. Ən yaxın izləyicimiz olan “Zirə” Premyer Liqaya yeni yüksəlib. Bu komanda avrokuboklara buraxılmadığından ənənəvi rəqib saymıram. “Qəbələ” ilə “Neftçi” isə bizdən böyük fərqlə geridədi. Bu üzdən də mövqeyimizi əldən verməyimiz inandırıcı görünmür” – deyə, Sehiç bildirib.

İbrahim əsas hədəfin daxili arena deyil, avrokuboklarla bağlı olduğunu açıqlamaqla yanaşı, “Qarabağ”dan ayrılmasının mümkünlüyünü də söyləyib: “Əsas hədəfimiz qarşıdakı mövsümdə Çempionlar Liqasının qrupuna düşməkdi. Yayda bir neçə yeni futbolçu transfer edib, istəyimizə çatmağa çalışacağıq. Bunu bacarmasaq, yenə bacarığımızı Avropa Liqasında göstərəcəyik. “Qarabağ”la hələ iki illik müqaviləm var. Yalnız Avropadan, evimə yaxın ölkədən təklif gəlsə, ölçüb-biçərəm. Həm “Qarabağ”, həm mənim üçün sərfəli təklif alsam, komandadan gedərəm”.

Şehiç Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı hərbi əməliyyatların onun üçün təhlükə yaratmadığını bildirib: “Azərbaycanda heç bir təhlükə yoxdu. Mən Bakıdayam. Müharibə məndən 9 saatlıq məsafədədi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR