Ali Hərbi Təyyarəçilik və Ali Hərbi Dənizçilik məktəbləri xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarılıb

Ali Hərbi Təyyarəçilik və Ali Hərbi Dənizçilik məktəbləri xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarılıb
# 07 sentyabr 2016 15:47 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, dəyişikliklə, “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1.4-cü və 1.5-ci bəndləri ləğv edilib.

Bununla, Müdafiə Nazirliyinin strukturundakı Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR