Qara Qarayev prospektinin daha bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Qara Qarayev prospektinin daha bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 04 avqust 2016 11:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən (8-ci km. bazarı) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində (“Laçın” ticarət mərkəzi) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən alternativ yolla hərəkət etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR