Aktau limanının rəhbəri: "Azərbaycanlı həmkarlarımızla informasiya mübadiləsi lazımi səviyyədə qurmayıb"

Aktau limanının rəhbəri: "Azərbaycanlı həmkarlarımızla informasiya mübadiləsi lazımi səviyyədə qurmayıb"
# 31 mart 2016 07:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Xəzər dənizi ilə daşınan yüklərin daha sürətli sənədləşdirilməsi üçün Aktau dəniz limanının əməkdaşları bəzi fəndlərə əl atmağa məcbur olur".

"APA-Economics" xəbər verir ki, bu barədə "Astana Beynəlxalq Dəniz Ticarət Limanı" Səhmdar Cəmiyyətinin prezidenti Mixail Yabloçev "Astana" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstanın müvafiq dövlət qurumları arasında informasiya mübadiləsi lazımi səviyyədə qurulmayıb: "Azərbaycanlı həmkarlarımızla informasiya mübadiləsi lazımi səviyyədə qurmayıb. Biz alternativ üsullardan istifadə etməyə məcburuq. Məsələn, bizim əməkdaşımız Bakıda olarkən, elementar üsulla sənədləri skan edib bizə göndərirdi və biz bunu öz informasiyamız hesab edirik. Halbuki, əslində informasiya mübadiləsi müvafiq dövlət qurumları arasında aparılmalıdır".

Liman rəhbəri deyib ki, hazırda bu məsələ gömrük orqanları səviyyəsində müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR