Azərbaycanın cənub rayonlarında səyyar formada protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Azərbaycanın cənub rayonlarında səyyar formada protez-ortopedik bərpa xidməti təşkil ediləcək
# 14 sentyabr 2015 11:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən gələn həftə respublikamızın daha 5 rayonunda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası sentyabrın 16-da saat 9:00-dan 18:00-dək Lənkəran rayon ƏSMM-nin, sentyabrın 17-də saat 9:00-dan 12:00-dək Lerik rayon ƏSMM-nin inzibati binalarında və həmin gün saat 14:00-dan 18:00-dək Astara rayon mərkəzi xəstəxanasında bu rayonlarda yaşayan əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edəcək. Tibbi-texniki briqada sentyabrın 18-də saat 9:00-dan 13:00-dək Masallı rayon ƏSMM-nin və 14:00-dan 18:00-dək Yardımlı rayon ƏSMM-nin inzibati binalarında olaraq həmin rayonların müvafiq təbəqədən olan sakinlərinə də səyyar şəkildə xidmətlər göstərəcək.

Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonları üzrə əvvəlcədən qeydiyyata götürülmüş vətəndaşlar, eləcə də qeyd edilən vaxtlarda və ünvanlarda tibbi-texniki briqadaya müraciət edən digər əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ehtiyaclarına uyğun olaraq protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri ilə təmin olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR