Rusiya prezidenti MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə terrorçularla mübarizəni müzakirə edəcək

Rusiya prezidenti MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə terrorçularla mübarizəni müzakirə edəcək
# 28 oktyabr 2015 03:10 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

“Vladimir Putin Moskvada MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 39-cu iclasında iştirak edən xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərlərini qəbul edəcək”, deyə məlumatda bildirilir.

Görüş zamanı MDB ölkələrində antiterror fəaliyyətin əsas aspektləri, həmçinin Suriya və Əfqanıstanda təlim keçmiş terror təşkilatları və qruplara qarşı mübarizə məsələləri müzakirə ediləcək.

MDB xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 39-cu iclasında, əsasən, nəqliyyat infrastrukturunda terror aktı təhlükəsinə dair məlumatların mübadiləsi məsələsi müzakirə olunacaq. İclasda, həmçinin, terrorla mübarizədə 2017-2019-cu illər üzrə əməkdaşlıq proqramının layihəsi müzakirəyə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR