İspaniyada miqrantlarla polis arasında toqquşma baş verib

İspaniyada miqrantlarla polis arasında toqquşma baş verib
# 11 avqust 2015 16:41 (UTC +04:00)

Bakı-APA. İspaniyanın Salou şəhərində miqrantlarla polis əməkdaşları toqquşma baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insidentə səbəb polisin keçirdiyi xüsusi əməliyyat zaman seneqallı miqrantın ölməsi olub.


San Jordo meydanına çıxan 200-yə yaxın etirazçı polisə daş parçaları atıb. Etirazçıların dəmiryoluna hücum etməsi nəticəsində qatarların bir neçə istiqamətdə hərəkəti dayandırılıb. Bir turist daxil olmaqla, bir neçə insan xəsarət alıb.


Qeyd edək ki, polisin qeyri-qanuni ticarətlə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyatı bu gün səhər saatlarında başlayıb. Əməliyyat nəticəsinə 12 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR