Azərbaycan Dövlət İnformasiya Agentliyinin 95 illik yubileyi ilə əlaqədar mərasim keçirilib - FOTOSESSİYA - VİDEO

Azərbaycan Dövlət İnformasiya Agentliyinin 95 illik yubileyi ilə əlaqədar mərasim keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 02 mart 2015 17:16 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə çıxış edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, hazırda agentlik regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayır.

Regionda böyük nüfuza malik olduqlarını deyən A. Aslanov qeyd edib ki, rəhbərlik etdiyi agentlik 130-a yaxın ölkə ilə informasiya mübadiləsi aparır.

A. Aslanov AZƏRTAC-ın fəaliyyətinin qarşıdakı illərdə daha da genişlənəcəyini vurğulayıb.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, Azərbaycanın ən fədakar jurnalistləri AZƏRTAC-da çalışanlardır: “Çünki onlar Azərbaycanın ictimai-siyasi həyatının səlnaməsini yazırlar. Prezident AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirərək bir neçə dəfə bu agentliyin əməkdaşlarını təltif edib”.

Hazırda Azərbaycanın ilk Avropa Olimpiya Oyunlarına hazırlaşdığını deyən Ə. Həsənov qeyd edib ki, ölkəmiz ictimai, siyasi, idman və mədəni tədbirlərinin mərkəzinə çevrilib.

Ə. Həsənov bildirib ki, 2016-cı ildə Dünya Xəbər Agentliklərinin Konqresi V Bakıda keçiriləcək: “Azərbaycan 2016-cı ilin noyabrına qədər bu tədbirə hazırlıqlarını başa çatdıracaq. Əminəm ki, Azərbaycana xoş təəssüratla geri qayıdacaqsınız. Azərbaycana müxtəlif ovqatla gəlmisiniz. İstəyirəm ki, Azərbaycan xalqının qonaqpərvərliyi və digər ənənələrini görəsiniz, bu ölkəni Azərbaycanın dostları kimi tərk edəsiniz”.

Mərasim çərçivəsində AZƏRTAC-la Türkiyənin “Anadolu” agentliyi və Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlıq sazişləri, Rumıniyanın AGERPRESS agentliyi ilə isə Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR