Nazir: “Xəzərin sahil xəttinin hesablanması ilə əlaqədar problem var”

Nazir: “Xəzərin sahil xəttinin hesablanması ilə əlaqədar problem var”
# 07 mart 2017 15:13 (UTC +04:00)

“Türkiyə ilə münasibətlərimiz uğurla inkişaf edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışında deyib.

”Bu yaya doğru Gürcüstan və Türkiyədən keçən dəmir yolu sistemini açacağıq. Biz Gürcüstan sərhədinə qədər dəmir yolu sahəsini inşa etmişik. Bu ilin aprelinə kimi isə Türkiyə öz sahəsini təhvil verməlidir”, - deyə E. Məmmədyarov söyləyib.

İranla münasibətlərə toxunan nazir İranı böyük qonşu adlandırıb: “İranda azərbaycanlıların böyük icması yaşayır. İranla Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı danışıqlar gedir. Bu məsələ üzrə danışıqları heç cür bitirə bilmirik. Xəzərin sahil xəttinin hesablanması ilə əlaqədar problem var. İranın bu məsələyə öz baxışı var. Lakin onlar da bu problemin həllinin vacibliyini anlamağa yaxındırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR