16 dini icmaya qeydiyyat şəhadətnamələri təqdim edilib

16 dini icmaya qeydiyyat şəhadətnamələri təqdim edilib
# 28 iyul 2017 13:47 (UTC +04:00)

Yeni qeydiyyatdan keçmiş 16 dini icmaya şəhadətnamələr təqdim edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə DQİDK-da keçirilən tədbirdə Komitə sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanın dini durumun və multikulturalizm səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu deyərək dini icmaların cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanılmasında böyük rola malik olduğunu qeyd edib.

O, bu sahədə din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda dini icma sədrlərinə fəaliyyətlərində milli-mənəvi, ənənəvi İslam dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini təkmilləşdirməyi tövsiyə edib.

İcma sədrləri isə rəhbərlik etdikləri icmalarda dini sabitliyin qorunub saxlanılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR