Rusiya-Azərbaycan sərhədində qanunsuz silahlı dəstələrə kömək etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Rusiya-Azərbaycan sərhədində qanunsuz silahlı dəstələrə kömək etməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 24 aprel 2017 09:59 (UTC +04:00)

Rusiya-Azərbaycan sərhədində silahlı dəstələrə kömək etməkdə şübhəli bilinən 22 yaşlı İnquşetiya sakini saxlanılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə yerli telekanala müsahibəsində İnquşetiya Respublikasının Təhlükəsizlik Şurasının katibi Əhməd Dzeytov məlumat verib.

O bildirib ki, Malqobek şəhər sakini Muhammed Kartoyev qanunsuz silahlı birləşmələrin üzvlərinə köməklik etməkdə şübhəli bilinir və o, artıq müsbət ifadə verib. Onun sözlərinə görə, hazırda faktla bağlı qanunsuz silahlı birləşmələrə yardım etmə və ya birləşmələrdə iştirak etmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR