Gəncədə piyadanı avtomobillə vuran sürücü qaçıb

Gəncədə piyadanı avtomobillə vuran sürücü qaçıb
# 20 aprel 2015 11:37 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 20-də saat 14 radələrində şəhərin Nizami küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsində qeydə alınıb. Yolu keçmək istəyən Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İlqar oğlu Mehdiyev hələ ki, məlum olmayan avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibi Yardım xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR