Türkiyədə ABŞ hərbi təyyarəsinə hücum planlaşdıran rusiyalı yaxalanıb
10 avqust 2017 10:51 (UTC +04:00)
Türkiyədə ABŞ hərbi təyyarəsinə hücum etməyə hazırlaşan Rusiya vətəndaşı yaxalanıb.
APA-nın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, İŞİD üzvü olduğu ehtimal edilən Renat Bakiyev adlı rusiyalı ABŞ təyyarəsinə pilotsuz uçuş aparatı vasitəsilə hücum etməyi planlaşdırıbmış.
Polis Bakiyevin "Telegram" sosial şəbəkəsində digər İŞİD üzvü ilə yazışmasını aşkarlayıb. Yazışmada Türkiyədəki İncirlik hərbi bazasında olan ABŞ hərbi təyyarələrinə hücum təşkil etmək üçün pilotsuz uçuş aparatının alınmasından bəhs olunur. Saxlanılan şəxs daha əvvəl velosipedlə hərbi bazanın ətrafında kəşfiyyat aparıb.
R. Bakiyevin vaxtilə qanunsuz olaraq Suriyaya keçmək istəyərkən saxlanılaraq deportasiya edildiyi, lakin daha sonra yenidən Türkiyəyə daxil olduğu bildirilir.
Avropa
Araxamiya: “Ukrayna hakimiyyəti bir neçə min məhbusu orduya cəlb edə bilər”
21:12
8 may 2024
Siyarto: “Ukrayna NATO silahları ilə belə Rusiyaya qalib gəlməyəcək”
20:53
8 may 2024
Zelenski Orbanı Sülh Sammitinə dəvət edib
18:48
8 may 2024
Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadəsinə dair siyasi razılıq əldə olunub
18:24
8 may 2024