Bakıda 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbir keçirilib

Bakıda 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbir keçirilib
# 09 dekabr 2016 07:53 (UTC +04:00)

Bakıda "Hər bir kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi: qanunvericilik və Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, konfrans 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunub.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə insan hüquq və azadlıqları sahəsində aparılan işlər barədə konfrans iştirakçılarına məlumat verib.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, parlament insan hüquq və azadlıqları ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsində çox ciddi rol oynayır: "Hər bir insanın hüquqları vacib bir amildir və bu hüquqlar təmin edilməlidir. Bu il Azərbaycanda dövlət müstəqilliyinin 25 illiyi qeyd olunur. Bu 25 il ərzində Azərbaycan digər sahələrlə yanaşı, insan hüquq və azadlıqları sahəsində bir sıra uğurlar əldə edib".

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İshaqzai qeyd edib ki, hər il 10 dekabrın bütün dünyada "Hər bir insanın hüququnu müdafiə et!" şüarı ilə keçirilir: "10 dekabr - Beynəlxalq İnsan Hüquqları ilə bağlı bəyannamə dünyaya verilmiş ən böyük töhfədir".

Konfransda insan hüquq və azadlıqlarına həsr olunmuş video-çarx nümayiş etdirilib.

Konfrans məruzələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR