Gürcüstanda azərbaycandilli qəzetin redaktor müavini "Əməkdar Jurnalist" adına layiq görülüb

Gürcüstanda azərbaycandilli qəzetin redaktor müavini "Əməkdar Jurnalist" adına layiq görülüb
# 13 may 2015 22:04 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə 2015-ci il, mayın 12-də Gürcüstan Jurnalistlər İttifaqı sərəncam imzalayıb.

Elman Kələyev 1974-cu ildən indiyədək "Gürcüstan" qəzetində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ilin noyabr ayından isə redaktor müavini təyin olunub. O, "Gürcüstan" qəzetində çalışmaqla yanaşı, eyni zamanda "Əhli-Beyt" jurnalının baş redaktoru, APA-nın Gürcüstan bürosunun müxbiri olub, Türkiyənin "Anadollu" agentliyinin Gürcüstan təmsilçiliyində çalışıb.

E. Kələyev Gürcüstan və Azərbaycan mətbuatında, radio verilişlərində, Moskvada nəşr olunan "Azərbaycan panoraması" qəzetində müxtəlif səpgili yazılarla çıxış edib. 1978-ci ildən SSRI Jurnalistlər İttifaqının, 1990-cı ildən isə Gürcüstan Jurnalistlər İttifaqının üzvüdür. O, Gürcüstan prezidentinin 1997-ci il, 16 oktyabr tarixli fərmanı ilə "Şərəf" medalına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR