Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra kitablar nəşr edilib

Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra kitablar nəşr edilib
# 25 sentyabr 2017 08:10 (UTC +04:00)

Bu ilin sentyabrında litvalı jurnalist Qintaras Visotskasın yazdığı “Трагедия Чёрного Сада” (Qara Bağın Faciəsi) adlı kitab və jurnalist Leonas Yurşanın yazdığı “Решения политиков, изменившие судьбы народов” (Siyasətçilərin xalqların talelərini dəyişdirmiş qərarları) adlı kitabça litva dilindən rus dilinə tərcümə olunaraq nəşr edilib.

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya bildirilib ki, kitablarda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İran ərazilərindən köçürüldüyü bildirilib, son yüz ildə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunub. Litva ictimaiyyəti və oxucuları nəşrləri maraqla qarşılayıb.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq, Litvada bir sıra politoloqlar və tarixçilərin litva dilində yazdığı “Dağlıq Qarabağ münaqişəsi: həlli yolları axtarışında”, tarixçi-alim Alqimantas Liyekisin “Millətlərin Qafqazda köçü 20-ci əsr”, jurnalist Qintaras Visotskasın “Qara Bağın Faciəsi” adlı kitabları, “Siyasətçilərin xalqların talehlərini dəyişdirmiş qərarları” adlı kitabçanın Litva siyasətçiləri və ictimai xadimləri arasında paylanılması və kitabxanalara verilməsi, “elibrary.lt” elektron kitabxanasında yerləşdirilməsi erməni uydurmalarının ifşa olunmasında və Litva ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə münaqsibətdə xeyli dönüş yaradıb.

Bir müddət öncə tarixçi-alim A.Liyekisin “Millətlərin Qafqazda köçü 20-ci əsr” adlı kitabının rus dilində nəşri də işıq üzü görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR