Səfir: “FETÖ ilə mübarizədə müttəfiqlərimizlə əməkdaşlıq edirik”

Səfir: “FETÖ ilə mübarizədə müttəfiqlərimizlə əməkdaşlıq edirik”
# 14 iyul 2017 14:49 (UTC +04:00)

“FETÖ ilə mübarizə yalnız Türkiyədə deyil, bir çox ölkədə aparılır”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu terror qruplaşmasının maskalanmış üzvləri 150-dən çox ölkədə fəaliyyət göstərirlər.

“Türkiyə bu qruplaşmanı həmin ölkələr üçün ciddi təhdid hesab edir. Bu qruplaşmaya qarşı mübarizə məsələsində Gürcüstan və digər müttəfiqlərimizlə əməkdaşlıq edirik”, - deyə, səfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR