Malena Mard: “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar bir neçə həftə sonra başlayacaq”

Malena Mard: “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar bir neçə həftə sonra başlayacaq”
# 17 yanvar 2017 08:11 (UTC +04:00)

“Azərbaycanla Avropa İttifaqı arasında yeni razılaşma üzrə danışıqların bir neçə həftə sonra başlaması gözlənilir”.

APA-nın məlumatına görə, bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu məqsədlə Brüsseldə hazırlıqlar başlayıb: “Bizim Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hüquqi baza üzrə bir sıra sahələri müzakirə etmək fikrimiz var. Buraya iqtisadiyyat, ticarət, insan haqları və digərləri daxildir. Görüşün Brüsseldə keçirilməsi planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR